EN

Suriyada müvəqqəti hökumət quruldu

Suriyanın formalaşmış müvəqqəti hökuməti 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək.

"Unikal" xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

“Müvəqqəti hökumət quruldu, o, “xilas hökuməti”ndən - bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunana qədər 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, - deyə Əl-Bəşir bildirib.

O qeyd edib ki, hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq. Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

Chosen
22
unikal.az

1Sources