EN

“Liverpul”un ulduzu eks "Qarabağ"lıların komandasına getdi

"Liverpul"un sabiq ulduzu Nabi Keytanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, o, "Ferentsvaroş"a keçib.

Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

Son klubu "Verder" olan 29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

"Ferentsvaroş"da "Qarabağ"ın sabiq legionerləri - Ovusu Kvabena və Kadi Borges də çıxış edir.

2018-2013-cü illərdə "Liverpul"da oynayan Nabi Keyta yayda agent statusu ilə "Verder"ə keçib.

29 yaşlı qvineyalı bu mövsüm Bundesliqa təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb. Afrikalı "Leyptsiq" və "Zalsburq"da da çıxış edib.

Chosen
26
sportinfo.az

1Sources