EN

ABŞ "Həyat Təhrir əş-Şam"a çağırış edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqton administrasiyası "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupuna Suriyada inklüziv hökumətin qurulmasına dəstək verməyi, ölkədə bütün hakimiyyəti öz üzərinə götürməməyi tövsiyə edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən məlumat verir.
ABŞ rəsmilərinin sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsədin devrilməsində böyük rol oynamış HTŞ avtomatik olaraq ölkə rəhbərliyini ələ almaqda deyil, əksinə, hökumətin formalaşdırılmasında və keçid hökumətinin qurulmasında iştirakda maraqlı olmalıdır.
Məlumatda, həmçinin qeyd olunur ki, ABŞ administrasiyası son günlərdə Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ilə koordinasiyalı şəkildə HTŞ ilə ilkin əlaqələr qurub.
Chosen
22
50
oxu.az

10Sources