EN

Builki neft-qaz hasilatının həcmi açıqlandı

Builki neft-qaz hasilatının həcmi açıqlanıb.

Kommersant.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu ilin 11 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 26,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 22,2 mln. ton olub. Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mlrd.m3 artımla 45,8 mlrd.m3 qaz hasil edilib. 22,9 mlrd.m3 qaz isə ixrac olunub.

Yanvar - noyabr aylarında təxminən Avropaya 11,7 mlrd.m3, Türkiyəyə 9 mlrd.m3, Gürcüstana isə 2,2 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,1 mlrd.m3 qaz nəql edilib. Bu ilin 11 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5% çoxdur", - nazir qeyd edib.

Chosen
3
7
kommersant.az

10Sources