EN

Suriyada konstitusiyaya dəyişiklik etmək üçün komitə yaradılacaq

Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.

“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq. Yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, - deyə departamentin nümayəndəsi qeyd edib.


Müəllif: Teleqraf.com
Chosen
29
10
teleqraf.com

10Sources