EN

“Araq içmək istəyirsən, reysterdə qeydiyyatdan keç!” –Rusiya Dumasında qəribə təklif

Rusiya Dövlət Dumasına spirtli içkilərin yalnız “dövlət xidməti” xüsusi işarəsi ilə satışı ilə bağlı təklif daxil olub.

Azpost.info  SHOT teleqram kanalına istinadən bildirir ki, belə bir təşəbbüslə LDPR fraksiyasından olan deputat Andrey Svintsov çıxış edib. O, “Etil spirtinin, alkoqollu və spirt tərkibli məhsulların istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi haqqında” Federal Qanuna dəyişiklik edilməsini xahiş edib.

Deputatın sözlərinə görə, son 4 ildə ölkədə alkoqol istehlakının sürətlə artması müşahidə olunduğu üçün güclü anti-alkoqol təbliğatına başlamaq lazımdır.

Qanun layihəsinin mahiyyəti nədir: 18 yaşı tamam olan gənclər müayinə üçün narkoloqa müraciət etmək üçün yaşadıqları yer üzrə tibb müəssisəsinə üz tuturlar. Orada həkim pivə və ya şərabın mənfi təsirləri barədə tövsiyələrini verir. Müayinə və profilaktik söhbətdən sonra bütün bu məlumatlar “Dövlət Xidmətləri” sisteminə daxil edilir.

Şəxsi profilinizdə QR kodu və ya giriş kimi hər hansı bir işarə olacaq, yalnız onun köməyi ilə siz spirt ala biləcəksiniz.

Deputat əmindir ki, qanun layihəsi eyni vaxtda iki problemi həll edəcək: regionlarda içki içən uşaqların, o cümlədən yetkinlik yaşına çatmayanların sayının azaldılması və 18 yaşı tamam olan hər kəsə lazımi miqdarda məlumatlanmasına imkan verəcək.

Bütün bu proses böyüklərin aldığı sürücülük vəsiqəsi almağa bənzəyir.

Chosen
24
azpost.info

1Sources