Dekabrın 3-də Cənubi Koreyada uğursuz hərbi vəziyyət elan olunmasını prezident Yoon Suk Yeola təklif edən keçmiş müdafiə naziri Kim Yonqhyun saxlandığı həbsxanada intihara cəhd etdiyi bildirilir.Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, Kim hərbi vəziyyət istintaqı çərçivəsində məhkəmə qərarı ilə köçürüldüyü paytaxt Seulun şərqindəki həbsxanada intihara cəhd edib.Həbsxana müdiri Şin Yonq-hae parlamentdə keçirilən iclasda Kimin uğursuz cəhddən sonra mühafizə kamerasında saxlandığını və səhhətinin yaxşı olduğunu bildirib.Prezident Yoona hərbi vəziyyət elan edilməsini təklif etdiyi iddia edilən keçmiş nazir Kim üçün qiyama kömək etmək ittihamı ilə dünən həbs qərarı çıxarılıb. Məhkəmə Yoonun hərbi vəziyyət elan etməsi ilə əlaqədar Kimi qiyama kömək və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edən prokurorluğun tələbi ilə Kim haqqında həbs qərarı çıxarıb.Kim barəsində çıxarılan həbs qərarı hərbi vəziyyətlə bağlı aparılan istintaqda ilk məhkəmə qərarı olub.Yoona hərbi vəziyyət elan etməyi təklif etdiyi və hərbi vəziyyətin ləğvindən sonra vəzifəsindən istefa verdiyi iddia edilən Kim dekabrın 8-də saxlanılıb.