EN

Astarı üzündən baha olan  kreditlər - Sahibkarlar niyə banklardan qaçır? – Sabiq iqtisadiyyat naziri şərh etdi

 “Azərbaycan dünyada daha çox neft-qaz ölkəsi kimi tanınsa da son illər ərzində ümumi iqtisadiyyatımızda neft-qaz sektorunun xüsusi çəkisinin azalmasına şahid oluruq”.
Bunu  Moderator.az açıqlamasında açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.
 
 
İqtisad elmləri doktoru bildirib ki, rəsmi statistikamızın təqdim etdiyi rəqəmlərə nəzər salaq,  cari ilin 11 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı ötən ilin eyni dövrü ilə müqaisədə 4,3% artıb:
 
“Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iqtisadiyyatın real sektorundan daxilolmaların neft-qaz sektorundan daxilolmaları üstələdiyinin şahidi oluruq. Dünyada iqtisadiyyatın yaşıl relslər üzərinə keçirildiyi dönəmdə bir neft ölkəsinin iqtisadiyyatının inkişafında baş verən bu prosseslər müsbət dəyərləndirilməlidir”.    
 
F.Yusifovun sözlərinə görə, son 20 ildə ölkədə sahibkarlığın inkişafı istiqamətində müsbət nəticələrin əldə olunmaslna imkan verən bir çox addımlar atılıb:
 
“Bəzi sahələrdə əldə olunan nəticələr gerçəkdən tədqirə layiq bir səviyyədədir. Bu illər ərzində ölkə iqtisadiyyatının real sektoruna aid özəl müəssisələrdə bəzi yerli məhsulların istehsalı on dəfələrlə arta bilib, real sektordan ixracın həcmi 13 dəfədən çox artaraq, 260 milyon ABŞ dollarından 3,4 milyard dollara çatıb. Təbi ki, bu göstəricilər ölkə iqtisadiyyatının özəyini təşkil edən kiçik və orta sahibkarlığın inkişaf səviyyəsini səciyyələndirməyə imkan verir. 
Bəs əldə olunan nəticələr bu günün tələbləri səviyyəsindədirmi? Bu sualın cavabını kionkret rəqəmlərlə söykənərək əsaslandırmağa çalışaq. Baxın, keçən il Azərbaycanda 123 milyard manatdan çöx ümumi daxili məhsul istehsal olunub ki, bunun da 76,7 milyard manatı və ya 63,0%-i real sektorun payına düşüb. Son illər ərzində hökumət sahibkarlığın inkişafına dəstək üçün bir sıra mühüm addımlar atıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi, ixracın stimullaşdırılması, istehsal məqsədləri üçün gətirilən texnika və avadınlaqların vergilərdən azad edilməsi, bütövlükdə vergi güzəştlərinin tətbiqi kimi addımlar tədqirə layiqdir. Lakin bütün bunlar real sektorun istədiyimiz səviyyədə inkişafını təmin edə biləcək səviyyədə deyil. Biz bir ildə 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal etsək də iqtisadiyyatın hansı səviyyədə kreditləşə bildiyinin fərqində deyilik. Dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyatın kredit tutumu bəzən onların ümumi daxili məhsulunun həcmindən də çox ola bilir”
 
Bəs bizdə bu göstərici hansı səviyyədədir? 
 
Professor vurğulayır ki, Azərbaycanda iqtisadiyyatın kredit tutumu 16-18%-i ötmür:
 
“Bu çox aşağı bir göstəricidi. Kreditlərin payının bu səviyyədə olmasının yeganə səbəbi, onların həddindən artıq baha olmasıdır. Yəni bu gün banklarımızın beznes üçün təklif etdikləri kreditlərin faizləri istehsalla bağlı olan istənilən biznesin orta rentabellik səviyyəsindən çox yüksəkdir. Təbi ki, normalda heç bir sahibkar öz istehsal müəssisəsi üçün bankdan astarı üzündən baha olan belə kreditləri götürməz.  Bu yerdə dövlət dəstəyi ilə biznes üçün ayrılan güzəştli kreditlər barəsində danışmaq yerinə düşər. Bu çox yaxşı bir təşəbbüsdür, lakin bu məqsəd üçün ayrılan bir neçə milyard manat güzəştli kreditlər real sektorun payına düşən 80,0 milyard manata yaxın ümumi daxili məhsulun qarşılığında çox kiçik bir rəqəmdir. 
Ölkə iqtisadiyyatının real sektorunun indikindən bir neçə dəfə artıq sürətlə inkişafını təmin etməyin açarı bu sektorun əsasını təşkil edən kiçik və orta biznesin maliyyə əlçatanlığını təmin etməkdir. Bunu necə etməyin yolları var, biz bu yolları dəfələrlə hökumətə təklif etmişik. Yerli istehsalı artırmağın, yerlərdə iş yerlərinin açılmasının və yerli iqtisadiyyatın inkişafının təmin edilməsinin, ölkənin qeyri-neft sektorundan ixracın həcminin ən azından bugünkü idxalımızın 60-70%-i səviyyəsinə yüksəltməyin yeganə yolu məhz biznesin maliyyə əlçatanlığını təmin etməkdən keçir. Bunu edə bilsək, bütün digər problemlər də özlüyündə həll olunacaqdır...”.
 
Mehin Mehmanqızı
 
Chosen
27
moderator.az

1Sources