EN

Kanadalı nazir: "Trampın Kanada ilə bağlı fikirləri zarafatdır"

"ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Kanadanı Birləşmiş Ştatların böyük dövləti adlandırması növbəti zarafatdır". 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyer jurnalistlərə açıqlamasında bildirib.

Trampın bəyanatını şərh edən Bleyer onun zarafat etdiyini ehtimal edib. O, Kanadanın suveren dövlət olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 10-da Tramp sosial şəbəkədəki səhifəsində baş nazir Castin Trüdonu "Kanadanın böyük əyalətinin qubernatoru" adlandırıb. Həmçinin Tramp Kanadanın qeyri-qanuni miqrantlara görə ABŞ-nin 51-ci ştatı ola biləcəyini açıqlayıb.

Gülşən Şərif

Chosen
3
bakivaxti.az

1Sources