EN

Bu gün “Qarabağ” “Elfsborq”la üz-üzə gələcək: GÖZLƏNTİLƏR NƏDİR? – FOTO

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb. UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək. Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.

Sabah baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Kənan Məstəliyev bildirib ki, bu matç hər iki tərəf üçün vacibdir.

Bu gün “Qarabağ” “Elfsborq”la üz-üzə gələcək: <span style=color:red>GÖZLƏNTİLƏR NƏDİR? - FOTO

Onun sözlərinə görə, Avropa Liqasının əsas mərhələsinin demək olar ki, finiş düzlüyünə çıxmaq üzrəyik: “VI turun qarşılaşmaları oynanılacaq. VI tur daxil olmaqla, ondan əvvəlkilər də vacib idi, amma bundan sonrakı matçlarda qazanılan xal və xallar həlledici rol oynayacaq. Ona görə də komandaların bu liqadakı turnir cədvəlində tutduğu yerdən, reytinqdən, bu günə kimi keçirilən matçlarda əldə etdikləri və yaxud da əldə edə bilmədikləri xallardan asılı olmayaraq, sona qədər mübarizə aparacağı dəqiqdir. “Elfsborq” evdə oynayır, öz azarkeşləri qarşısında rəqibini qəbul edəcək. Bu onun üstün tərəfidir. Qələbə onlar üçün də vacibdir. Belə demək olar ki, bu komandanın xal qazana biləcəkləri rəqiblərdən biri və ya birincisi elə “Qarabağ”dır. Onlar da “Qarabağ” üzərindəki qələbə ilə yüksəlişə keçmək, növbəti mərhələyə yüksəlmək üçün şans əldə etmək istəyirlər”.

Bu gün “Qarabağ” “Elfsborq”la üz-üzə gələcək: <span style=color:red>GÖZLƏNTİLƏR NƏDİR? - FOTO

İdman şərhçisi qeyd edib ki, “Qarabağ”ın da aktivində xal sayı o qədər çox deyil: “Bundan sonrakı rəqiblərini nəzərə alındıqda, yəni “Ayaks”, “Olimpiakos”dan fərqli olaraq, “Elfsborq” dişimizə görə rəqibdir. Bu komandanı yenərək play-off-a çıxma şansımızı maksimuma yüksəldə bilərik. “Qarabağ”ın heyət baxımından bəzi problemləri var. Yarımmüdafiəçi Aleksey İsayev və müdafiəçi Kevin Medinanı əvəz etməlidir. Ona görə də müəyyən çətinliklər olacaq, eyni zamanda səfərdə oynanılan matçdır. Düzdür, “Qarabağ” səfərdə daha yaxşı oynayır. Xüsusilə də Şimal komandaları ilə oyunları həmişə yaxşı alınır. Bu komandaları yenə bilmə bacarığını “Qarabağ” xüsusilə də son illərdə göstərib. Çempionatda “Sabah”la oyunda müəyyən problemlər yaşandı. Amma bunu da ondan əvvəlki kubok matçındakı yorğunluğa da bağlamaq olar. 60-cı dəqiqədən sonra “Qarabağ”ın nümayiş etdirdiyi futbol oyunu göstərdi ki, komanda tam heyətlə oynayacağı halda Azərbaycanda onun rəqibi yoxdur. Avropada da müəyyən hədəflərin öhdəsindən gələ bilər”.

Bu gün “Qarabağ” “Elfsborq”la üz-üzə gələcək: <span style=color:red>GÖZLƏNTİLƏR NƏDİR? - FOTO

K.Məstəliyevin qənaətincə, rəqib nə qədər evdə oynasa da, güclü təsir bağışlasa da, “Qarabağ” daha güclü, səviyyəli, ciddi hədəflərə malik komandadır: “Bunu dünya klublarının reytinq sıralaması da göstərir. “Qarabağ” daha yaxşı komandadır. Mən düşünürəm ki, heyətdəki problemlərə baxmayaraq, komanda oyuna daha yaxşı köklənib. Bütün ehtiyat qüvvənin də sınaqdan keçirib və komandanı oyuna hazır saymaq olar. Bir məqam da nəzərə alınmalıdır ki, “Elfsborq”un çıxış etdiyi çempionat artıq bir aydır ki, bitib. Yəni, “Elfsborq”un məhz rəsmi matç təcrübəsi yoxdur. Yoldaşlıq görüşləri ilə, yoxlama matçları ilə Avropa Liqası kimi turnirin əsas mərhələsinə yaxşı hazırlaşmaq mümkün deyil. Ona görə də sırf bu baxımdan “Elfsborq”un ciddi problemləri olacaq. Biz bunu xüsusilə qarşılaşmanın birinci hissəsində müşahidə edəcəyik. “Qarabağ” ilk 45 dəqiqəni yaxşı keçirsə, qol və ya qollar vursa, qarşılamanın bizim xeyrimizə bitəcəyinə inanmaq olar”.

Nailə QASIMOVA

Chosen
23
medianews.az

1Sources