EN

Hazırda 1000-ə yaxın azərbaycanlı 21 ölkədə təqaüdlə təhsil alır

“Azərbaycan vətəndaşlarının xaricdə təhsilini dəstəkləmək məqsədilə həyata keçirilən proqramlar çərçivəsində, bakalavr səviyyəsində 125, magistratura səviyyəsində isə 375 nəfər təqaüd qazanıb”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov bu gün Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

O bildirib ki, hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinin 101 ali təhsil müəssisəsində ümumilikdə 981 azərbaycanlı tələbə təhsil alır:

“Azərbaycan vətəndaşları üçün dövlət hesabına xaricdə təhsil imkanları, həmçinin Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində də təklif edilir:

"Hazırda HTP çərçivəsində 9 ölkə ilə əməkdaşlıq həyata keçirilir. Cari tədris ilində HTP çərçivəsində müraciət edənlərin sayı 1000-dən çox olmuşdur və onlardan 188 nəfər müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb”.

Şöbə müdiri əlavə edib ki, HTP çərçivəsində ən cəlbedici proqramlar Macarıstan və Çin ilə bağlıdır. Bununla yanaşı, cari tədris ilində Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında artan iqtisadi, siyasi və mədəni əməkdaşlıqlar çərçivəsində də layihələrdə canlanma müşahidə olunur. Belə ki, cari tədris ilində ilk dəfə 7 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb.

Müjdat Həsənov bildirib ki, hazırda 500-dən çox azərbaycanlı tələbə adıçəkilən ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsilini davam etdirir:

"HTP çərçivəsində xaricdə təhsil alan azərbaycanlılar, əsasən, iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, texniki və texnoloji sahələr, təbiət elmləri və digər istiqamətlər üzrə ixtisaslaşır. Beynəlxalq mübadilə proqramlarında iştirak məsələsinə gəldikdə, hazırda 18 yerli ali təhsil müəssisəsi bu cür proqramlara fəal şəkildə qoşulub".

Chosen
20
6
tehsil.biz

7Sources