EN

Şöbə müdiri: Azərbaycanlı alimlər bu il tarixi nailiyyət əldə ediblər

“2024-cü ilin elmi statistikasına nəzər salsaq, Azərbaycan alimlərinin müxtəlif elmmetrik və rəqəmsal göstəricilərdə əhəmiyyətli irəliləyişlərə nail olduqları görünür. Dünyada ən çox istifadə edilən platformalardan biri olan "Scopus" göstəricilərinə əsasən, Azərbaycan alimləri tarixi nailiyyət əldə ediblər. Elmi nəşrlərin istifadə trendlərində və bütün kateqoriyalar üzrə artım müşahidə edilir”.

 AzEdu.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov bu gün “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda təşkil olunan forumda deyib.

O bildirib ki, son üç ildə Azərbaycan alimlərinin elmi işlərinin sayı 3672-yə çatıb. Dünyada ən çox istinad edilən top 10% göstəricisinə görə yerli elmi işlərin xüsusi çəkisi 1,8%-dən 10,5%-ə qədər artıb. Bu, ötən illə müqayisədə əhəmiyyətli irəliləyişdir və ölkəmizin elmi potensialının yüksəlişini əks etdirir.

Chosen
16
azedu.az

1Sources