EN

Babası evinə qonaq gedən 2 yaşlı Tunar faciəli şəkildə öldü

Dekabrın 10-da Gəncədə dəhşətli hadisə baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, saat 15 radələrində Tovuz rayon sakini 2022-ci il təvəllüdlü Tunar Habil oğlu Cəfərov babası Fərmayıla məxsus Gəncə şəhərindəki evin həyətində yerləşən hovuza düşüb. 2 yaşlı uşaq suda boğularaq ölüb.

Azyaşlının Tovuzdan babasıgilə qonaq gəlməsi və hadisənin də bu zaman ehtiyatsızlıq səbəbindən baş verməsi bildirilir.

Araşdırmalar aparılır.

Chosen
46
1
publika.az

2Sources