Bakı, TurkicWorld
Azərbaycan donor ölkəsi kimi tanınır.
TurkicWorld xəbər verir ki, bunu Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda çıxışı zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
"Ölkənin gələcəyi üçün insan kapitalının formalaşdırılmasında universitetlərdən gözləntilər böyükdür", - o bildirib.
Nazir müavini qeyd edib ki, hər sahədə yerli kadrların hazırlanması kifayət qədər mühüm məsələdir.
"Beynəlxalq təhsil qrantları bütün dünyada tələbələrin xarici ölkələrdə təhsil almasının əsas vasitəsidir. Bu vasitə ilə istedadlı tələbələr aşkarlanır və doğru yönləndirilir", - deyə o bildirib
Y.Rəfiyev əlavə edib ki,Azərbaycanın son illərdə inkişaf edən donorluq siyasəti sayəsində ölkə yeni donor ölkəsi kimi tanınır.
"Ölkəmiz 140-dan çox xarici dövlətə, Qoşulmama Hərəkatına üzv dövlətlərin böyük hissəsinə. Afrikanın, demək olar ki, bütün dövlətlərinə, Karib hövzəsinin böyük əksəriyyətinə humanitar və digər istiqamətlərdə yardımlar göstərib", - deyə o vurğulayıb.