EN

Qahirədə gizli danışıqlar gedir

İsrailin təhlükəsizlik rəhbərləri Qahirədə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini müzakirə ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Təl-Əviv HƏMAS-la razılaşma şansının artdığını qiymətləndirdiyi üçün İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və İsrailin Baş Təhlükəsizlik Direktoru Ronen Bar Qahirədə yüksək səviyyəli rəsmilərlə görüşüb.

Adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi “The Times of Israel”ə açıqlamasında razılığa gəlmək şanslarının artdığını deyib.

“İki həftə əvvəl mən HƏMAS-ın razılaşma istəmədiyini düşünürdüm. Amma indi HƏMAS-ın fikrini dəyişdiyini düşünməkdəyəm”, - deyə İsrail nümayəndəsi bildirib.

İsrailli məmur qeyd edib ki, əlavə edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə girməzdən əvvəl razılığa gəlmək imkanı var.

Son bir ildə HƏMAS girovlarını azad etmək üçün aparılan danışıqların bir neçə raundu dalana dirənib. 

Hər iki tərəf 2023-cü ilin noyabr ayının sonlarında əldə edilmiş bir həftəlik atəşkəsə baxmayaraq, 105 girovun azad edilməsinə dair razılaşmaya nail ola bilməyib. 

İsrail ötən il oktyabrın 7-də oğurlanan 251 girovdan 96-nın hələ də Qəzzada olduğuna inanır. 

Son 14 ayda İSQ-nin əsgərləri 8 girovu xilas edib, 38 nəfərin cəsədini çıxarıb.

Chosen
16
cebheinfo.az

1Sources