EN

Bu futbolçuların 90 faizini “Neftçi”dən qovmaq istəyir, qova bilmir - ŞOK İDDİA!

«Neftçi»nin baş məşqçisi Samir Abasov ciddi iddia irəli sürüb.

O, Premyer Liqanın 16-cı turunda «Sumqayıt»a səfərdə 0:2 hesablı məğlubiyyətə görə futbolçuların 90 faizi ilə vidalaşmalı olduğunu bildirib.

Mütəxəssis klub funksionerləri ilə matçsonrası mətbuat konfransında sərəncamındakı «qvardiya»dan şikayətlənib.

İki aydır sükan arxasında olan çalışdırıcı bildirib ki, oyunçuların yalnız fiziki deyil, psixoloji problemləri var, onlarda özünüdərk çatışmır, hansı komandanın formasını geyindiklərini başa düşmürlər, üstəlik, məsuliyyət hissi yox dərəcəsindədir. Abasov deyib ki,

müqavilələrin davam etməsi onu çətin vəziyyətə salıb, yoxsa qış fasiləsinin elan olunmasını gözləmədən futbolçuların böyük qismi ilə yollarını ayırardı.

Baş məşqçi hazırkı durumun yorucu olduğunu, yaxşı nəticəyə ümidinin azaldığıını etiraf edib.

«Ağ-qaralar» geridə qalan 16 həftədə 13 xal toplayıb. Onlar hazırda 8-ci pillədədir.

SPORTİNFO.AZ

Chosen
38
sportinfo.az

1Sources