7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Suriyada "inklüziv” siyasi prosesə çağırış edib və bildirib ki, terrorizmdən əl çəkərsə, kimyəvi silah ehtiyatlarını məhv edərsə, azlıqların və qadınların hüquqlarını qoruyarsa ABŞ yeni hökuməti tanıyacaq. Blinken həmçinin bildirib ki, təxminən 900 ABŞ əsgəri Suriyanın şimalında qalmağa davam edəcək.