EN

Poqba Fransa klubu ilə anlaşdı

Pol Poqba karyerasını Fransada davam etdirmək istəyir.

Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, antidopinq qaydalarını pozduğuna görə hələ də cəza çəkən fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba yeni klubu ilə bağlı qərar verib.

31 yaşlı yarımmüdafiəçi karyerasını "Marsel"də davam etdirmək istəyir.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi futbolçu tərəfinin arqumentlərini nəzərə alaraq cəzasını 4 ildən 1,5-ə endirib. Buna görə də Poqba yanvarda rəsmən məşqlərə başlayabilər.

Polun keçmiş klubu “Yuventus” futbolçu ilə müqavilə müddətini ləğv etdiyi üçün o, transfer bazarına azad agent kimi daxil olacaq.“Marsel” özü hələ Poqba ilə müqavilə imzaladığını açıqlamayıb. Yanvarda tərəflərin rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

saytlarin hazirlanmasi

Chosen
25
1
sportal.az

2Sources