EN

Turşu kələmin inanılmaz FAYDASI

“Turşu kələm uzunömürlülük üçün pəhrizin vacib hissəsidir”

Medianews.az xəbər verir ki, bunu qidalanma mütəxəssisi Jenya Di Pierro deyib.

Pierroya görə, duzlu kələm hər hansı bir probiotik əlavədən daha çox faydalı bakteriya ştammını ehtiva edir. Bundan əlavə, bu məhsul C, B6, B9 vitaminləri, dəmir, kalium və L-qlutaminlə zəngindir.

Mütəxəssis, hazır kələm almaqdansa, evdə hazırlamağı etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu, daha ucuz, dadlı və sağlamlıq üçün daha təhlükəsiz olacaq.

Bundan əlavə, o, pəhrizə digər fermentləşdirilmiş qidaları: kimçi, müxtəlif turşular, kefir, yoqurt və alma sirkəsi əlavə etməyi tövsiyə edib.

Chosen
25
medianews.az

1Sources