EN

"Çağırış yaşı aşağı düşsə, Bayden bizi NATO-ya dəvət edəcək" -Dubinski

Əgər rəsmi Kiyev Silahlı Qüvvələrdə səfərbərlik yaşını aşağı salsa, ABŞ-nin hazırkı prezidenti Cozef Bayden Ukraynanı NATO-ya dəvət edə bilər. Bu barədə Ukrayna Radasının dövlətə xəyanət ittihamı ilə həbs edilmiş deputatı Aleksandr Dubinski özünün Telegram kanalında məlumat verib.

“Şəxsən mənə hər şey çox aydın olub - Dövlət Departamenti Zelenskinin səfərbərlik yaşını 18 yaşa endirmək qərarı müqabilində Baydenin Ukraynaya NATO-ya dəvətinə yaşıl işıq yandırmağa hazırdır”, - o vurğulayıb.

Rada deputatının fikrincə, ABŞ-nin indiki administrasiyası “gəncləri ətçəkən maşına ata bilər”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
39
news365.az

1Sources