EN

Bu təşkilat Avropa İttifaqına müraciət etdi: Gürcüstanı boğun

Beynəlxalq İnsan Haqları Təşkilatı “Human Rights Watch” (HRW) Avropa İttifaqını Gürcüstan hakimiyyətinə qarşı tədbirləri sərtləşdirməyə çağırıb.

Publika.az xəbər verir ki, təşkilatın fikrincə, Avropa İttifaqı və Avropa Şurası təhlükəsizlik qüvvələrinin və aqressiv qrupların nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməsi hallarını araşdırmalı və qanunsuz hərəkətlərin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir.

“Gürcüstanda mübahisəli parlament seçkilərindən sonra yaranmış siyasi və konstitusiya böhranı, insan haqları ilə bağlı vəziyyətin ölkədəki etiraz aksiyalarına sərt reaksiyası növbəti fəsadlar təhlükəsi yaradır.

Avropa İttifaqı Gürcüstan hakimiyyətinin repressiv hərəkətlərini pisləyib, lakin qəti addımların vaxtı çatıb. Aİ qeyri-qanuni güc tətbiqini, əsassız həbsləri və pis rəftar və işgəncə ilə bağlı artan sübutları araşdırmaq üçün Avropa Şurası və BMT ekspertləri tərəfindən zorakılıqla bağlı müstəqil araşdırmaların aparılmasında israr etməlidir”, - hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

Chosen
27
publika.az

1Sources