Baş katibi salamlayan nazir Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.
Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub.
Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.
Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb.
Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.
8Sources
-
demokrat.azAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub — FOTOLAR ( 13864435)
-
far.azAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub ( 13862554)
-
newscenter.azAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub ( 13862413)
-
sia.azAzərbaycanla TÜRKSOY arasında əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTOLAR ( 13862185)
-
sherg.azAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub ( 13861906)
-
ikisahil.azAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub ( 13861825)
-
musavat.comAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olundu ( 13861822)
-
apa.azAzərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub ( 13861558)