ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıda Qarabağ atlarını izləyiblər.
Bu gün həmçinin Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
Biletlərin satışından əldə olunacaq vəsait xeyriyyə məqsədinə yönəldiləcək (Report).