Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Sudjanski rayonunun Darino və Plexovo kəndlərini azad edib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 11-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimal qüvvələri qrupunun bölmələri hücum əməliyyatları zamanı Darino və Plexovo yaşayış məntəqələrini azad edib", - nazirliyin bəyanatında deyilir.
"Bundan başqa, Rusiya hərbçiləri regionun sərhədyanı ərazilərindəki doqquz yaşayış məntəqəsi ərazilərində Ukrayna Silahlı Qüvvələrinin (AFU) 12 briqadasını darmadağın edib.
Bir gündə Ukrayna Kursk bölgəsində 200-dən çox yaraqlısını, bir tankını, üç Amerikalı "Bradley" piyada döyüş maşını (İFV), altı minaatan və yeddi maşın itirdi. Bir ukraynalı hərbçi Rusiya əsgərlərinə təslim olub".
QAZÄ°LER.AZ