EN

Paşinyan İtaliya səfiri ilə Azərbaycanla münasibətləri müzakirə edib

Ermənisatnın Baş naziri Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vuran İtaliyanın səfiri Alfonso Di Ritsonu qəbul edib.

Missiya.Az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Bildirilir ki, görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda son hadisələr haqqında fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, bundan əlavə Paşinyan və Ritson Azərbaycan və Ermənsitan arasında sərhədin delimitasiyası istiqamətində görülən işləri müzakirə ediblər.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
8
missiya.az

1Sources