EN

Gəncə Dövlət Universitetində Heydər Əliyevin anım tədbiri - FOTO

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Prorektor bildirib ki,  Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.   1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müasir tariximizdə dönüş nöqtəsi oldu. Ulu Öndər Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ölkədə sülh və sabitliyi bərqərar etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin və mədəniyyətin yüksəlişini təmin etdi.  Ulu Öndər Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Ölkəmizin beynəlxalq nüfuzu sürətlə yüksəldi.

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxışında qeyd edib ki,  daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.  30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Tədbirdə rektorunun baş müşaviri Asif Cavadov Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edib, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

GDU Azad Həmkarlar İttifaqı Komitəsinin  sədri Afaq Qasımova çıxışında bildirib ki, Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Daha sonra Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Əbədiyaşar Lider”,  Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Azərbaycanı dünyaya tanıdan şəxsiyyət”, Fizika kafedrasının  müdiri Yəhya Namazovun “Müasir Azərbaycan Heydər Əliyevin sənət əsəridir” , Azərbaycan tarixi kafedrasının  baş müəllimi İlham Məmmədovun “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur”,  Psixologiya kafedrasının  baş müəllimi Sabirə Bayramovanın “Heydər Əliyev ideyaları əbədiyaşardır”, Fizika və texniki fənlər fakültəsinin I kurs tələbəsi Ülviyyə Məmmədlinin “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib.

Chosen
25
1
modern.az

4Sources