Bakı, 11 dekabr, AZƏRTAC
Böyüklər və gənclər arasında ilk dəfə kata üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, böyüklərin yarışında 2009-cu il və ondan aşağı, gənclərin mübarizəsində isə 2005-2010-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Dekabrın 23-də start götürəcək yarışdan öncə məşqçilər və cüdoçular üçün kata üzrə seminar təşkil olunacaq.