EN

Əsədə xəbərdarlıq etmişdik - Xamenei

İran kəşfiyyatı üç ay ərzində Suriya Prezidenti Bəşər Əsəd hökumətinə onu təhdid edən təhlükə barədə xəbərdarlıq edib.

Aktual.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei vətəndaşlara bugünkü müraciəti zamanı deyib.

"Kəşfiyyatımız bir neçə ay əvvəl Suriya hakimiyyət orqanlarına xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm, onlar yüksək vəzifəli məmurlara çatıb, ya yox”, - o bildirib.

Qeyd edək ki, Xamenei bugünkü çıxışında Suriyadakı rejimin devrilməsi və İranın ağır zərbə alması fonunda Tehranın siyasətinə haqq qazandırmaq üçün uğursuz cəhdlər edib.

Chosen
1
32
ulusum.az

10Sources