EN

Mariya Zaxarova İsrailin Suriyaya hücumunu pisləyib

“İsrail hərbçilərinin Qolan bölgəsindəki bufer zonasında və bir sıra ona bitişik ərazilərdə olması Suriya ilə 1974-cü ildə əldə edilmiş razılaşmaları pozur”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 11-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Qolan bölgəsindəki bufer zonanı və bir sıra ona bitişik əraziləri işğal edən İsrail silahlı qüvvələrinin hərəkətləri 1974-cü ildə Suriya-İsrail qüvvələrinin ayrılması haqqında razılaşmanın şərtlərini açıq şəkildə pozur”.

Bazar ertəsi İsrail aviasiyası Suriyanın hərbi hava qüvvələri bazalarına, tədqiqat mərkəzlərinə və müdafiə sənayesi obyektlərinə 250 zərbə endirib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qolan təpələri əbədi olaraq yəhudi dövlətinin bir hissəsi olacaq. Eyni zamanda İsrail ordusu Suriya sərhədini keçərək Qolan təpələrindəki bufer zonanı və Quneytra vilayətində bir sıra yaşayış məntəqələrini ələ keçirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
29
konkret.az

1Sources