EN

Əsədin Suriyadan Rusiyaya 135 milyardla qaçdığı ortaya çıxdı- Moskvada iki göydələndə 18 lüks mənzil...

Image

Rusiyaya  yüz minlərlə mülki şəxsin ölümünə və yurdlarından didərgin düşməsinə səbəb olan Bəşər Əsəd dekabrın 8-də müxaliflər tərəfindən paytaxt Dəməşqin ələ keçirilməsindən sonra Moskvaya sığındı.

Suriyada yüz minlərlə mülki şəxsin ölümünə və yurdlarından didərgin düşməsinə səbəb olan Bəşər Əsəd dekabrın 8-də müxaliflər tərəfindən paytaxt Dəməşqin ələ keçirilməsindən sonra Moskvaya sığındı.

Kreml prezident Putinin onunla görüşmək planının olmadığını açıqlayıb. Putinin dəvətlərində iştirak edə bilməsə də, Moskvada onu dəbdəbəli həyat gözləyir.

Britaniyanın “Telegraf” qəzetinin məlumatına görə, Bəşər Əsəd Suriyadan Moskvaya böyük sərvətlə gedib. İddia edilir ki, Əsədin sərvətinin 2 milyard dollara çatdığı təxmin edilir. Əsəd ailəsinin Moskva və Londonda da mülklərinin olduğu bildirilir. Qeyd edilir ki, ailənin Moskvada iki göydələndən ibarət lüks kompleksdə 18 mənzili var.

Dəməşqin kəşfiyyat xidmətində çalışan mayor rütbəli Xalid Beyye isə iddia edib ki, Əsəd Rusiyaya qaçarkən özü ilə 135 milyard dollar aparıb. Əsədin devrilməsindən əvvəl rejim daxilində böyük bir qarşıdurmanın olduğunu deyən mayor iddia edib ki, rejim komandanlıq səviyyəsində təmsil olunan 273 yüksək rütbəli hərbçisini edam edib.

“Rejimin çöküşündən əvvəl böyük bir qarşıdurma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk qarşıdurma Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında oldu. Bundan sonra hərbi kəşfiyyatla ordu arasında məlumat alış-verişi dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət isə müxalifəti Dəməşqə gətirdi”, - deyə o, bildirib.

Bəşərdən başqa onun həyat yoldaşı Esma Əsədin və 21-24 yaş arası üç övladının da Moskvada olduğu təxmin edilir. Deyilənə görə, Bəşər Əsədin oğlu Hafiz Əsəd son hadisələrdən əvvəl Moskvada riyaziyyat üzrə doktorluq dərəcəsi alırmış və Moskvanın dəbdəbəli gecə həyatında kifayət qədər tanınırmış.

Xatırladaq ki, 1963-cü ildə Suriyada hakimiyyətə gələn BƏƏS Partiyasının 61 illik qanlı hakimiyyəti, 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılmağa çalışıldığı vətəndaş müharibəsində çökdü və dekabrın 8-də paytaxt Dəməşq müxalif silahlı qrupların nəzarətinə keçdi. Əsəddə həmin vaxt ölkədən çadı. Sonuncu dəfə Dəməşq hava limanından havaya qalxdıqdan sonra Homsun qərbində görülən, lakin daha sonra itən təyyarənin Bəşər Əsədi daşıdığı iddia edilirdi.

Onu da qeyd edək ki, Bəşər Əsəd Rusiyaya sığınan ilk devrilmiş lider deyil. 2014-cü ildə Ukraynada baş verən etirazlardan sonra o vaxtkı prezident Viktor Yanukoviç də Rusiyaya qaçıb.

Yanukoviçin də burada dəbdəbəli həyatı olduğu və tez-tez Soçidə ov məclislərinə getdiyi deyilir.

2005-ci ildə Qırğızıstanda baş verən inqilabdan sonra prezident Əsgər Akayev də Rusiyaya sığınmalı olub. Akayevin daha sadə həyata üstünlük verdiyi və hətta Moskva metrosunda çəkilmiş görüntülərinin olduğu bildirilir.

TAHİR





Chosen
30
40
baki-xeber.com

10Sources