EN

Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirilib (FOTO)

Madrid. Trend:

10 dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətiləİspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın mina probleminəhəsr olunmuş tədbir keçirilmişdir.

Trend xəbərverir ki, tədbir AR İspaniya Krallığındakı Səfirliyinin dəstəyi vəmüharibə və silahlı münaqişələr üzrə ixtisaslaşmış, beynəlxalqsəviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin təşəbbüsüilə təşkil olunmuşdur.

Qeyd edək ki, Qervasio Sançez Azərbaycanda mina qurbanlarınadair məlumat toplamaq və mina problemini işıqlandırmaq məqsədiləcari ilin 25 aprel – 12 may tarixlərində ölkəmizdə səfərdəolmuşdur.

Tədbir zamanı cənab Sançezin səfər çərçivəsində keçirdiyigörüşlər, ələlxüsus da Qarabağ və Şərqi Zəngəzur rayonlarınasəfərləri zamanı 30-a yaxın mina qurbanı ilə fərdi söhbətləriəsasında topladığı materiallar və foto-şəkillərin “Səssiz əks-səda:Mina qurbanlarının danışılmamış hekayələri” foto-jurnal vasitəsilətəqdimatı baş tutmuşdur.

Foto-jurnalda müəllifin ölkəmizə səfəri çərçivəsində lentəaldığı 70-dən çox fotoşəkil - ümumi mənzərə, işğaldan azad olunmuşərazilərdəki dağıntılar və Azərbaycanın apardığı genişmiqyaslıbərpa və quruculuq işləri, eləcə də I və II Qarabağmüharibələrindən sonra mina partlaması nəticəsində xəsarət almışmina qurbanlarının portretləri və şəxsi hekayələri yeralmışdır.

Təqdirəlayiq haldır ki, Azərbaycanın ilk qadın minatəmizləməqruplarının fəaliyyətləri və onların yüksək peşəkarlıqlaminatəmizləmə əməliyyatlarına cəlb olunmaları cənab Sançezinfotoları vasitəsilə ispan cəmiyyətinə təqdim olunmuşdur.

Qeyd edək ki, Avropa auditoriyası üçün Azərbaycanın minaçirklənməsinin miqyası və bunun humanitar fəlakət kimi ölkəmizinböyük səy və əzmlə həll etməyə çalışdığı problem olması ilk dəfədirki, məhz avropalıların öz dilindən səsləndirilir.

Tədbirdə rəsmi çıxışçılar arasında İspaniya Parlamentinin yuxarıpalatası – Senatın üzvləri, ATƏT PA-nın vitse-prezidenti, hakimsosialist partiyasının nümayəndəsi Pere Xoan Pons, Senatda XalqPartiyası Qrupunun sözçünün müavini, Milli Təhlükəsizlik və Müdafiəüzrə Birgə Komissiyanın üzvü, Ekstremadura hökumətinin keçmişprezidenti, hüquqşünas Xose Antoniyo Monago, İspaniya Xarici İşlər,Avropa İttifaqı və İspaniya Əməkdaşlıq Nazirliyi nəzdindəkiBeynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyi (AECID) DirektorununTexniki Ofisinin koordinatoru Pablo Qan Kesada iştirak etmişdir. ARMilli Məclisinin deputatı, Azərbaycan-İspaniya parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, AzərbaycanRespublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsiNəriman Qasımov və Ramon Llull Universitetinin Beynəlxalq Əlaqələrprofessoru Xordi Çukla isə qonaq çıxışçılar qismində iştirakçılaraölkəmizdəki mina problemi haqqında ətraflı məlumat vermişdir.

Qervasio Sançez Azərbaycandakı mina problemin miqyasınıxarakterizə edərək 30-dan çox mina təhlükəsi ilə üzləşən ölkərəsəfər etdiyini və dünyanın heç bir yerində bu miqyasda minatəhlükəsinə rast gəlmədiyini bildirmişdir. Onun sözlərinə əsasən,müharibə vikipediyada qeyd olunan tarixdə bitmir, onun tamfəsadları aradan qaldırılan zaman yekunlaşır. Azərbaycanın hazırdaöz resursları hesabına ərazilərini minalardan təmizlədiyini vəbeynəlxalq dəstək olmadığı müddətcə bu prosesin daha uzun illərçəkəcəyini bildirmişdir.

Regiondakı təhlükəsizlik prosesləri ilə bağlı məlumatlı olduğunuvə dəfələrlə Azərbaycanda səfərdə olduğunu qeyd edən ATƏT PA-nınətraf mühit məsələləri üzrə vitse prezidenti P. Pons minaprobleminin humanitar fəlakət olmaqla yanaşı, iqtisadi və ekolojifəsadlarını diqqətə çatdırmışdır. Azərbaycandakı mina probleminiətraf mühit kontekstində dəyərləndirərək, ətraf mühitintəsirlərindən birbaşa əziyyət çəkən ölkələr sırasında minaproblemli ölkələrin yüksək pillədə yer aldığını və mina probleminihəll etməklə ətraf mühitin qorunmasına öz töhfəmizi vermişolacağımızı səsləndirmişdir.

İspaniya Senatında Milli Təhlükəsizlik və Müdafiə üzrə BirgəKomissiyanın üzvü X.Monaqo cari ildə Qarabağa baş tutmuş səfərindənsöz açaraq Azərbaycandakı mina probleminin fəsadları ilə əyanitanış olduğunu, Ağdam şəhərinə səfəri zamanı orada bir dənə dəolsun dağıdılmamış binalara rast gələ bilmədiyini, Ağdam şəhərininaçıq kitab/muzey şəklində acı reallığı nümayiş etdirdiyini,müharibə bitməsinə baxmayaraq piyada əleyhinə minaların insanlarüçün davamlı təhlükə yaratdığını, məcburi köçkünlərin geriqayıdışına, iqtisadiyyatın, infrastrukturun inkişafına əsas maneəolduğunu bildirmişdir.

İspaniyanın mina məsələsindəki geniş təcrübəsini paylaşanX.Monaqo Azərbaycanda mina ilə bağlı aparılan fəaliyyətin təkçəəraziləri təmizləməklə məhdudlaşmadığını, bu fəaliyyətin eynizamanda insanlarda gələcəyə dair ümidlər yaratmaq, ədaləti təminetməklə həyatını itirən mina qurbanlarının xatirələrinə hörmətetmək, yaralıların gələcək yaşamlarını qurmasına yardım etmək kimiməqamları ehtiva etdiyini qeyd etmişdir. Bu kontekstdə, G. Sançezinmina problemi üzrə məlumatlılığı artırmaq istiqamətində gördüyü işitəqdir edən X.Monaqo onun yalnız keçmişi sənədləşdirmədiyini, eynizamanda hamımızı kollektiv məsuliyyətə səslədiyini və beləliklə bujurnalın öz mahiyyətini aşaraq daha çox məna kəsb etdiyinibildirmişdir. O, növbəti dəfə Ağdama səfər etdiyində mina təhlükəsiprobleminin bitəcəyinə ümid ifadə etmişdir.

İspaniya XİN-in Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyinin(AECID) nümayəndəsi, Ukrayna üzrə əlaqələndirici şəxs hazırdaAzərbaycanın üzləşdiyi mina probleminin daha sonralar Ukrayna dayaşanacağını və bu kimi mina xarakterli humanitar problemlərəbeynəlxalq diqqətin verilməsinin vacibliyini bildirmişdir.

İspaniyanın kifayət qədər tanınmış jurnalistlərindən sayılan,yazıçı və ictimai fəal Ana de Santoş tədbirin moderatoru kimi minaprobleminin humanitar fəlakət olması, bu səbəbdən minlərləAzərbaycanlı məcburi köçkünün hələ də öz torpaqlarına qayıdabilməməsi barəsində fikirlərini bölüşərək tədbir boyunca maraqlımüzakirələrin təşviq olunmasına töhfə vermişdir.

Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və ƏməkdaşlıqNazirliyinin Şərqi Avropa, Asiya və Sakit Okean üçün BaşDirektoratlığının rəhbər şəxsləri, habelə digər dövlət qurumlarınınvə parlament palatalarının yüksək vəzifəli nümayəndələri, parlamentüzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalqtəşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsininrəsmiləri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademikdairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzardairələrin təmsilçiləri, QHT-lər və media nümayəndələri iştiraketmişdir.

Tədbirin sonunda Qervasio Sançezin Azərbaycanda çəkdiyifoto-şəkillərin e-sərgisi təşkil olunmuşdur.

Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Madriddə
Chosen
22
5
az.trend.az

6Sources