EN

Qanada iğtişaşlar zamanı 106 nəfər saxlanılıb

Qanada dekabrın 7-də keçirilən prezident və parlament seçkilərindən sonra baş verən iğtişaşlar zamanı 106 nəfər saxlanılıb.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qana Polis Xidməti məlumat yayıb.

Seçkidə qalib gələn müxalif Milli Demokratik Konqresindən (MDK) Con Dramani Mahama ölkədəki zorakılığı pisləyib.

Mahama hazırkı prezident Nana Akufo-Addodan və təhlükəsizlik qüvvələrindən zorakılığa qarşı qətiyyətli addım atmasını itələb edib.

Qeyd edək ki, Mahama dekabrın 7-də Qanada keçirilən prezident seçkilərində 56,55 faiz səs toplayaraq qalib gəlib. Mahama 7 yanvar 2025-ci ildə and içəcək və vəzifəsini Akufo-Addodan alacaq.

Qanada seçkilər zamanı baş verən zorakılıqlarda ən azı 3 nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə
Chosen
46
e-huquq.az

1Sources