EN

DMX rəisi BMqT-nin Azərbaycandakı nümayəndəsi ilə Bakıda keçiriləcək Nazirlər Konfransını müzakirə edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Dulin ilə gələn il Bakıda keçiriləcək miqrasiya sahəsi üzrə Nazirlər Konfransının təşkilini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Vüsal Hüseynov Azərbaycanda miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirilən bir sıra layihə və təşəbbüslərdə BMqT-nin verdiyi dəstəyi, həmçinin bu sahədə bilik və bacarıqların artırılması üzrə birgə layihələrin uğurla icra edildiyini, buna misal kimi Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Troy Duli Dövlət Miqrasiya Xidmətinin BMqT-nin Azərbaycanda əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib.

Görüşdə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə Çempion ölkə qismində, eləcə də Almatı Prosesinə Azərbaycanın sədrliyi çərçivəsində birgə fəaliyyətlərin icrası və Prosesin növbəti ildə Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili ilə yanaşı Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin ikinci fazasının həyata keçirilməsi də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Chosen
3
1
ikisahil.az

2Sources