Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında 4 yaşlı N. Əliyevanın qəfil vəfat etməsi ilə bağlı TƏBİB açıqlama verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, azyaşlı ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib.
Zəruri tibbi müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Meyit araşdırma üçün aidiyyəti qurumlara təhvil verilib.
Qeyd edək ki, Biləsuvarda uşaq ölümü ötən gün baş verib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu