EN

OPEC neftə tələbata dair proqnozunu kəskin endirdi

OPEC 2024-cü ildə neftə tələbat artımına dair proqnozunu dördüncü dəfə azaldıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, bu dəfə azalma daha kəskindir.

Belə ki, OPEC-in hesablamalarına əsasən 2024-cü ildə neftə gündəlik tələb 1,61 milyon barel artmış olacaq. Bu, əvvəlki proqnozdan 210 min barel azdır.

OPEC 2025-ci ildə dünyada neftə tələbin əvvəlki proqnozundan 90 min barel daha az - 1,45 milyon barel artacağını gözləyir.

Hazırda 2024-cü ildə neftə tələbatın sutkada 103,82 milyon barel, 2025-ci ildə isə 105,27 milyon barel olacağı gözlənilir.

İlin əvvəlində OPEC neftə tələbatın sutkada 2,25 milyon barel artaraq 104,4 milyon barelə, 2025-ci ildə isə 1,8 milyon barel artacağını gözləyirdi.

Musavat.com

Chosen
29
musavat.com

1Sources