EN

Qırmızı Xaç Suriyadakı məzarları qazmamağa çağırır

Bakı, TurkicWorld

Beynəlxalq Qızıl Xaç Komitəsi Suriyada itkin düşənlərin ailələrini qohumlarının cəsədlərini özləri tapmağa və məzarları qazmağa cəhd etməməyə çağırıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu onunla izah edilib ki, cəsədlərə kənar müdaxilələr onları tanınmaz hala salır.

“Cəsədlərin fərdi şəkildə üzə çıxarılması cəsədlərin xarab olmasına və eləcə də tanınmaz hala düşməsinə səbəb olur ki, bu da rejim tərəfindən qətl edilənlərin kimliklərinin identifikasiya edilməsini prosesini olduqca çətinləşdirir”-deyə,Komitənin sözçüsü Kristian Kardon deyib.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, Suriyada 2011-ci ildə başlayan münaqişə zamanı, devrilmiş prezident Bəşər Əsədin hökumət qüvvələrinin əli ilə 580 mindən mindən çox insan həlak olub.

Suriyada 500-ə yaxın işçisi olan Beynəlxalq Qırmızı Xaç Komitəsi minlərlə məhbusun həbsxanalardan azad edilməsi ilə bu illər ərzində bütün dünya üzrə ofisləri tərəfindən toplanan məlumatlardan istifadə edərək mümkün qədər çox ailəni yenidən birləşdirməyə ümid edir.
Komitə məhbuslar və onların qohumları üçün dünyanın hər yerindən asılı olmayaraq iki qaynar xətt nömrəsini təmin edib.

Chosen
34
turkic.world

1Sources