EN

Şamaxı Rəsədxanasında il ərzində 8 mövzu üzrə 17 elmi tədqiqat aparılıb

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında direktor hesabatı keçirilib.

 

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov il ərzində elmi istiqamətlər proqramına uyğun olaraq 2 problemə aid 8 mövzu üzrə 17 tədqiqat işinin aparıldığını və mühüm elmi nəticələr əldə edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, hesabat ilində 38 məqalə çap edilib, onlardan 9-u “Web of Science” və “Scopus” bazalarına daxil olan təsir əmsallı jurnallarda dərc olunub. Alınan elmi nəticələr müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və seminarlarda müzakirə edilərək mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

 

Bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsədxanada Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans, eləcə də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “COP29: Gələcək nəsillər üçün yaşıl dünya” adlı tədbir keçirilib.

 

Daha sonra müzakirələr aparılıb və Elmi şura üzvlərinin açıq səsverməsi ilə hesabat qəbul edilib.

Chosen
35
azedu.az

1Sources