EN

Suriyanın suverenliyinə hörmət edilməlidir - Cənubi Afrika XİN

Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə bütün dünya ölkələri hörmət etməlidir.

Redaktor.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Ronald Lamola deyib.

"Cənubi Afrika beynəlxalq hüquq və BMT Nizamnaməsi baxımından Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu təkid edir. Ümid edirik ki, Suriya xalqı tezliklə əhatəli və Suriyanın rəhbərlik etdiyi dialoqa başlayacaq. Bu, sülh yolu ilə keçidə gətirib çıxaracaq və Suriya xalqının iradəsini əks etdirən davamlı siyasi həllin yolunu açacaq”, - o qeyd edib.

Nazir hesab edir ki, beynəlxalq ictimaiyyət Suriyaya daxili vəziyyətin sabitləşməsinə kömək etməlidir:

"Suriya münaqişəsi çox uzun müddətdir davam edir və indi beynəlxalq ictimaiyyətin ölkəyə mümkün qədər tez sülh gətirmək üçün kollektiv səy göstərməsinin vaxtıdır".

Türkan İSGƏNDƏRLİ 

Chosen
40
redaktor.az

1Sources