EN

Əsabil Qasımov paytaxt sakinlərini evsiz qoyub



Bakının Kubinka deyilən ərazisində sakinlərlə sahibkarların münaqişəsi gərginləşib.

Buna səbəb iş adamlarının sakinlərin narazılıqlarını nəzərə almamasıdır.

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, dalan 1 sakinlərinin dediyinə görə, bu ərazini İmişlinin sabiq deputatı Əsabil Qasımov ələ keçirib. Ona məxsus " Vialon" MMC heç kimə məhəl qoymadan sözün əsl mənasında adamların evlərini başlarına uçurdur.

Tikinti firması sənəddə Əsabil müəllimin qardaşı Vüqar Qasımovun adındadır. Vüqar Qasımov qardaşına arxalanaraq başının dəstəsi ilə insanların haqqına girir, onlarla kobud rəftar edir.

Vüqar Qasımov Azərbaycan Respublikasının qanunlarını bir kənara qoyub qardaşı Əsabil Qasımovun "qanunları" ilə iş görür. İnsanların evi sökülür. Onlara qalmağa müvəqqəti yer təklif edilmir, yaxud evinin dəyəri, gələcəkdə mənzillə təminatı barədə dəqiq bir söz deyilmir.

Bu arada sabiq deputatla bağlı bir maraqlı faktı da qeyd etmək istəyirəm.
Bir neçə ay əvvəl Kislovodska müalicəyə getmişdim. Orada bir azərbaycanlı iş adamının istirahət mərkəzinin açıldığını dedilər. Açılışda erməni iş adamlarının da iştirak etdiyini bildirdilər.

Həmin azərbaycanlı iş adamı məhz Əsabil Qasımov idi. Onun telefon nömrəsini tapıb zəng vurdum, danışdıq. Dedi ki, mən tədbirlərə jurnalistləri dəvət etmirəm.

Kubinkada binalar tikən "Vialon" MMC-nin əməllərindən də sual verdim. Təbii ki, özünə haqq qazandırmağa çalışdı. Sakinlərə "siçovullu evlərdə siçovul kimi yaşayan adamlar" deyəndən sonra isə onunla söhbəti uzatmağın mənasız olduğunu anladım.

Sima Babayeva
Chosen
22
newscenter.az

1Sources