EN

Hakimiyyəti devirmək üçün 426 milyon avro ayrılıb - VUÇİÇ

Hazırkı hakimiyyəti devirmək üçün müxalifət qüvvələrinin xaricdən maliyyələşdirilməsi son dörd ildə 426 milyon avroya çatıb.

Axar.az xəbər verir ki, bunu Serbiya lideri Aleksandr Vuçiç xalqa müraciəti zamanı deyib.

“Mən guya tələbələri günahlandırıram, amma tələbələrin 99 faizinin bununla heç bir əlaqəsi yoxdur.

Amma demək olar ki, bütün siyasi partiyaların, təzyiq qruplarının, ayrı-ayrı təşkilatların, birliklərin rəhbərləri bu işdə iştirak edir. Son dörd il ərzində, səhv etmirəmsə, təkcə birliklər, təşkilatlar və media üçün əldə edilən məbləğ 426 milyon avro məbləğində birbaşa xarici maliyyədir”, - deyə o bildirib.
Chosen
2
1
sherg.az

2Sources