EN

Məşhur müğənni boşanma xəbərləri ilə bağlı ilk dəfə danışıb

Məşhur müğənni Melek Mosso və həyat yoldaşı Serkan Sağdıçın sosial şəbəkədə fotolarını silərək bir-birini izləməməsi boşanma iddialarına səbəb olub. 
“Sherg.az” xəbər verir ki, məşhur müğənni Mosso boşanma xəbərləri ilə bağlı ilk dəfə danışıb.
Cütlüyün boşanmağa hazırlaşdıqları iddiası uzun müddətdir medianın gündəmində müzakirə olunub.
Mosso, ayrılıq iddialarına cavab verib. “Boşanmıram, problem yoxdur. Hər evli cütlüyün yaşaya biləcəyi kiçik bir mübahisə etdik və sonra problemlərimizi həll etdik. Hər şey yaxşıdır, çox yaxşıyıq” deyərək evliliyində heç bir problem olmadığını bildirib.

Chosen
26
sherg.az

1Sources