Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukraynanın tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, BAEA-nın Rəhbərlər Şurası Ukraynanın tələbi ilə atom elektrik stansiyalarının təhlükəsizliyi üçün vacib olan qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.
Diplomat bu iki mövzunun bir-biri ilə əlaqələndirilməsi heç bir əsasa söykənmədiyini və BAEA-nın səlahiyyətləri çərçivəsindən kənara çıxdığını deyib.