Gürcüstanın paytaxtı Tiflisdə növbəti etiraz aksiyası insidentsiz başa çatıb.
"Report" xəbər verir ki, aksiya iştirakçılarının böyük qismi ərazini tərk edib. Bununla belə, Rustaveli prospektində onlarla insan qalıb.
Gürcüstanın Ombudsmanı Levan İoseliani çərşənbə günü jurnalistlərə bildirib ki, o və əməkdaşları istintaq təcridxanalarında saxlanılanlarla görüşüblər. "Biz 350-dən çox məhbusla görüşüb söhbət etdik, müvafiq aktlar tərtib etdik və onların saxlanma zamanı vurduğu ziyanı təsvir etdik. Bütün bu faktlar güc strukturlarından dərhal reaksiya tələb edir", - İoseliani deyib.