EN

Korporativ satış şöbəsində mütəxəssis - VAKANSİYA

"Yelo Bank" ASC,Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Cari və yeni potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, məhsul və xidmətlər haqqında məlumatın verilməsi ilə onların banka müştəri kimi cəlb edilməsi;
  • Potensial müştərilər ilə görüşlərin təyin edilməsi;
  • Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi göstərməsi;
  • Rəqib bankların təklif etdiyi məhsul/xidmətlərin şərtlərini anlamaq və bank imkanlarını müəyyənləşdirmək üçün xarici bazarı izləməsi;
  • Mövcud məhsul və xidmət şərtlərininin bazara uyğunluğunu ölçmək,müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər verilməsi;
  • Prezentasiyanın və hesabatlarının hazırlanması

Tələblər:

  • Ən azı 1 il bankda müştərilərlə iş stajı
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
62
fins.az

1Sources