EN

Roma Papası Suriyada sabitlik və birliyin vacibliyini bildirib

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Suriyada sabitlikvə birliyin təmin ediləcəyinə ümidvar olduğunu qeyd edib.

Trend xəbər verir ki,pontifik baş verənlərin Suriya tarixinin incə bir anı olduğunu vəsiyasi həllin vacibliyini bildirib.

“Sabitlik və birliyə ümid edirəm. Xalqlar öz torpaqlarında sülhvə əmin-amanlıq şəraitində yaşasınlar. Müxtəlif dinlərə mənsubolanlar dostluq və qarşılıqlı hörmət əsasında birgə yaşayabilsinlər. On ildən artıqdır ki, bu ölkəni sıxışdıran zorakılıqlarvə qırılmalar olmadan biz artıq sabitlik və birlik yolunda davamedə bilərik. Ümid edirəm ki, daha çox münaqişələr və parçalanmalarolmadan ölkənin sabitliyini və birliyini məsuliyyətlə təşviq edənsiyasi həll əldə olunacaq. Qoy müxtəlif dinlər uzun illər davamedən müharibədən əziyyət çəkən xalqın rifahı naminə dostluq vəqarşılıqlı hörmət içində birlikdə addımlasınlar”, - deyə PapaFransisk əlavə edib.

Chosen
3
5
az.trend.az

6Sources