Bu gün “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İsveçdə “Elfsborq”in qonağı olacaq.
Liqa mərhələsinin VI turuna təsadüf edəcək qarşılaşma Buros şəhərindəki “Buros Arena”da baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşü Portuqaliyadan olan baş hakim Antoniu Nobre idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu hazırda üç xalla 32-ci, meydan sahibləri isə 4 xalla 28-ci pillədə qərarlaşıb.