ABŞ dövlət katibi Antoni Blinken bu gün Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi açıqlamada deyilir ki, səfər dekabrın 13-dək davam edəcək. Nazirlik səfərin təfərrüatlarını açıqlamayıb. A.Blinken səfər zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşün gündəliyinin əsas məsələsi Suriyadakı son hadisələr olacağı gözlənilir.
Mətləb