EN

Qubada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans təşkil olunub

11 dekabr 2024-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında “Nə qədər ki, Azərbaycan var mən də varam...” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Çıxışlarda qeyd edilmişdir ki, xalqımız ölməz tarixi şəxsiyyət, Ümummilli Lider, dünya miqyaslı siyasətçi, müdrik dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin vəfatının 21-ci ildönümünü dərin hüznlə qeyd edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını yaradan Ümummilli Lider öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz və dönməz etmişdir. Ümummilli Liderimizin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində respublikamız mötəbər beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul edilmiş və dünyada öz mövqeyini möhkəmləndirmişdir.

Tarixi inkişafın indiki mərhələsində xalqımız əsası Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm özüllərlə qoyulmuş və cəmiyyətin bütün sahələrini əhatə edən dinamik və sürətli inkişafın təntənəsini yaşayır. Ümummilli Liderimizin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük inamla və uğurla davam etdirilir. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirmişdir.

Chosen
19
1
yeniazerbaycan.com

2Sources