EN

Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"NATO Müdafiə Kollecinin Bakıda səfərdə olan nümayəndə heyətini ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunluq duyuram".

Chosen
31
24
apa.az

10Sources