EN

Ürəkdə mini beyin aşkar edildi

Ürəyin yalnız beyin tərəfindən idarə olunduğu fikri elm adamları tərəfindən araşdırılır.  Uzun illər ürəyin beyinə bağlı avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü. Lakin İsveçin Karolinska İnstitutunun və ABŞ-nin Kolumbiya Universitetinin alimləri ürəyin öz sinir sisteminə malik olduğunu aşkar ediblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.

Araşdırmalara görə,ürək divarındakı bu sinir şəbəkəsi düşünüldüyündən çox daha mürəkkəb bir quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.

Karolinska İnstitutundan dos. Dr. Konstantinos Ampatzis bunu belə izah edib: "Bu kiçik beyin, beyin nəfəs alma və ya hərəkət kimi ritmik funksiyaları tənzimlədiyi kimi, ürək döyüntüsünü idarə etməkdə mühüm rol oynayır".

Tədqiqat ürəkdə müxtəlif funksiyaları olan bir neçə növ neyron müəyyən edib. Bunlardan biri ürəyin "təbii stimulyatoru" kimi fəaliyyət göstərən bir qrup neyrondur.

Bu kəşf ürək ritminin necə idarə olunduğuna dair mövcud baxışları dəyişdirir və yeni klinik üfüqlər açır.

Tədqiqat insan ürəyinə oxşar ritmlərə və funksiyalara malik zebra balığı üzərində aparılıb. Tədqiqatçılar təkhüceyrəli RNT ardıcıllığı, anatomik tədqiqatlar və elektrofizioloji üsullardan istifadə edərək, ürəkdəki neyronların quruluşunu, təşkilini və funksiyasını xəritələşdiriblər.

Gülayə Mecid

Chosen
16
50
unikal.az

10Sources